Bakı. 27 avqust. REPORT.AZ/ Suriyanın şimalında yerləşən Cerablus şəhərində Türkiyə ordusuna məxsus tank vurulub.
"Report" "haberler.com" nəşrinə istinadən xəbər verir ki, raket hücumu nəticəsində bir türk əsgəri şəhid olub, daha 3-ü yaralanıb.
Türkiyə Silahlı Qüvvələri çərşənbə günü Suriyada "Fərat qalxanı" adlı əməliyyata başlayıb.
Raket YPG terrorçularının yerləşdiyi bölgədən atılıb.