Yuxarı
    Bağlamaq

    Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 5-i yaralanıb - YENİLƏNİB

    Onlar Kilisdəki dövlət xəstəxanasına yerləşdirilib

    Bakı. 19 dekabr. REPORT.AZ/ Suriyanın Əl- Bab bölgəsinin terrorçulardan təmizlənməsi əməliyyatı zamanı yaralanan Türkiyə Silahlı Qüvvələrinin hərbçilərindən biri şəhid olub. 

    “Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-ləri məlumat yayıb.

    Bundan başqa, ilkin məlumatda yaralıların sayı 7 göstərilmişdi. Sonradan yaralıların sayının 5 olduğu dəqiqləşib. 

    *** 10:04

    Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində keçirdiyi anti-terror əməliyyatı zamanı 7 hərbçi yaralanıb.

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, yaralı hərbçilər Türkiyənin Kilis rayonundakı dövlət xəstəxanasına yerləşdirilib. 

    Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən Suriyada “Fırat Kalkanı” (“Fərat qalxanı”) adı altında anti-terror əməliyyatları həyata keçirir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi