Suriyada Türkiyənin 4 hərbçisi şəhid olub, 15-i yaralanıb - YENİLƏNİB-2

Suriyada Türkiyənin 4 hərbçisi şəhid olub, 15-i yaralanıb - YENİLƏNİB-2 Türkiyə hərbçilərinin yerləşdiyi əraziyə terrorçu İŞİD qruplaşması hücum edib
Region
21 Dekabr , 2016 13:58
Suriyada Türkiyənin 4 hərbçisi şəhid olub, 15-i yaralanıb - YENİLƏNİB-2
Bakı. 21 dekabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin “Fırat Kalkanı” (“Fərat qalxanı”) əməliyyatının 120-ci günündə Suriyada şəhid olan hərbçisinin sayı 4-ə, yaralananların sayı isə 15-ə çatıb. 

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinin yerləşdiyi əraziyə terrorçu İŞİD qruplaşması hücum edib.

*** 13:04

Türkiyə Silahlı Qüvvələri tərəfindən davam edən “Fırat Kalkanı” (“Fərat qalxanı”) əməliyyatının 120-ci günündə 3 türk hərbçisi şəhid olub, 11-i yaralanıb. 

“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinin yerləşdiyi əraziyə terrorçu İŞİD qruplaşması hücum edib. 

Məlumata görə, hücum nəticəsində 3 hərbçi şəhid olub, 11-i yaralanıb.

*** 09:34

Suriyanın Əl-Bab bölgəsində Türkiyənin 6 hərbçisi yaralanıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, hərbçilərin yaralanmasının səbəbi hələlik məlum deyil.

Məlumata görə, Türkiyə hərbçiləri Suriya Azadlıq Ordusuna dəstək verərək, Əl-Babın terrorçulardan təmizlənməsi əməliyyatını davam etdirirlər. 

Xəbərdə bildirilib ki, yaralı hərbçilər Türkiyənin Kilis şəhərində dövlət xəstəxanasına yerləşdiriliblər. 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyada “Fırat Kalkanı” (“Fərat qalxanı”) adı altında anti-terror əməliyyatı keçirir. Dekabrın 21-də “Fırat Kalkanı” əməliyyatının 120-ci günüdür.

Son xəbərlər

Orphus sistemi