Baş Qərargah: Bəşşar Əsəd silahlıları Türkiyə hərbçilərinə hücum edib, 3 hərbçi şəhid olub, 10-u yaralanıb - ƏLAVƏ OLUNUB

Baş Qərargah: Bəşşar Əsəd silahlıları Türkiyə hərbçilərinə hücum edib, 3 hərbçi şəhid olub, 10-u yaralanıb - ƏLAVƏ OLUNUB Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Əl-Babda türk hərbçilərinə edilən hücumla bağlı açıqlama yayıb
Region
24 Noyabr , 2016 10:45
Baş Qərargah: Bəşşar Əsəd silahlıları Türkiyə hərbçilərinə hücum edib, 3 hərbçi şəhid olub, 10-u yaralanıb - ƏLAVƏ OLUNUB

Bakı. 24 noyabr. REPORT.AZ/ “Fırat Kalkanı” (“Fərat qalxanı” ) əməliyyatının davam etdiyi Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 3 əsgər şəhid olub, 7-si yaralanıb.

“Report” "CNNTürk"ə istinadən xəbər verir ki, yaralı hərbçilər Türkiyənin Qaziantep və Kilisdəki xəstəxanalara yerləşdirilib.

Məlumata görə, Türkiyə hərbçilərinə hücumu terrorçu İŞİD qruplaşması törədib. 

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Əl-Babda türk hərbçilərinə edilən hücumla bağlı açıqlama yayıb. Baş Qərargahdan bildirilib ki, Suriyadakı Bəşşar Əsəd rejiminə bağlı silahlılar Türkiyə hərbiçilərinə hücum edib.

“Suriyada rejim güclərinin hava hücumu nəticəsində 3 qəhrəman əsgərimiz şəhid olub, birinin vəziyyəti ağır olmaqla 10 hərbçimiz yaralanıb”, - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 93 gündür Suriya ərazisində “Fırat kalkanı” adı altında antiterror əməliyyatı keçirir. 

Son xəbərlər

Orphus sistemi