Yuxarı

Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 6-sı yaralanıb - YENİLƏNİB

Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 6-sı yaralanıb - YENİLƏNİB
Türkiyə qırıcılarının İŞİD-in 12 hədəfinə endirdiyi zərbələr nəticəsində 23 terrorçu məhv edilib, çoxlu sayda terrorçu yaralanıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin “Fırat Kalkanı” (“Fərat qalxanı”) əməliyyatında iştirak edən hərbçilərindən biri Suriyanın Əl-Bab bölgəsində şəhid olub, 6-sı ağır yaralanıb. 

“Report” İHA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. 

Xəbərdə bildirilir ki, İŞİD qruplaşmasının silahlıları Türkiyə komandos taburunun olduğu yerə bomba yüklənmiş maşınla hücum etməsi nəticəsində 1 hərbçi şəhid olub, 6-sı yaralanıb. Suriya Azadlıq Ordusunun isə bir neçə əsgəri yaralanıb.

Məlumata görə, “Fırat Kalkanı” əməliyyatının 106-cı günündə Türkiyə qırıcılarının İŞİD-in 12 hədəfinə endirdiyi zərbələr nəticəsində 23 terrorçu məhv edilib, çoxlu sayda terrorçu yaralanıb. 

*** 13:02

Bakı. 7 dekabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin “Fırat Kalkanı” (“Fərat qalxanı”) əməliyyatında iştirak edən 2 hərbçisi Suriyanın Əl-Bab bölgəsində şəhid olub, biri isə ağır yaralanıb.

“Report” İHA-ya istinadən xəbər verir ki, onlar bu gün səhər saatlarında edilən hücum nəticəsində ağır yaralanıblar. Yaralı hərbçilər helikopterlə Türkiyənin Qaziantep şəhərinin Şahibəy xəstəxanasına gətirilib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayılb.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri Əl-Babda terrorçu İŞİD qruplaşmasının 9 mövqeyinə havadan zərbə endirərək məhv etdiyi barədə məlumat yaymışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi