Türkiyənin Suriyada şəhid hərbçilərinin sayı 5-ə çatıb, 10 nəfər yaralanıb - YENİLƏNİB-2

Türkiyənin Suriyada şəhid hərbçilərinin sayı 5-ə çatıb, 10 nəfər yaralanıb - YENİLƏNİB-2 İndiyədək Suriyada Türkiyənin 62 hərbçisi şəhid olub
Region
9 Fevral , 2017 16:11
Türkiyənin Suriyada şəhid hərbçilərinin sayı 5-ə çatıb, 10 nəfər yaralanıb - YENİLƏNİB-2

Bakı. 9 fevral. REPORT.AZ/ Suriyanın Əl-Bab bölgəsində terrorçu İŞİD qruplaşmasının Türkiyə hərbçilərinə hücumu nəticəsində şəhidlərin sayı 5-ə çatıb, 10 nəfər isə yaralanıb. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Fırat Kalkanı” 2016-cı il avqustun 24-də başlayıb. 

Məlumata görə, indiyədək Suriyada Türkiyənin 62 hərbçisi şəhid olub.

*** 13:35

Suriyanın Əl-Bab bölgəsində terrorçu İŞİD qruplaşmasının Türkiyə hərbçilərinə hücumu nəticəsində 1 hərbçi şəhid olub, 11-i yaralanıb. 

“Report” "Haber7"yə istinadən xəbər verir ki, Suriyanın terrorçulardan təmizlənməsi çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin “Fırat kalkanı” (“Fərat qalxanı”) antiterror əməliyyatının 170-ci günündə İŞİD silahlıları ilə hərbçilər arasında baş verən atışma nəticəsində bir hərbçi şəhid olub, 11-i yaralanıb.

Məlumata görə, yaralılar Türkiyənin Kilis bölgəsindəki xətəxanaya yerləşdiriliblər.

*** 12:37

Suriyanın Əl-Bab bölgəsində terrorçu İŞİD qruplaşmasının Türkiyə hərbçilərinə hücumu nəticəsində yaralananlar var.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, hücumdan sonra terrorçuların mövqeləri qurudan və havadan atəşə tutulub.

Məlumata görə, Türkiyənin Qaziantep və Kilis bölgələrindəki xəstəxanalar yaralı hərbçilərin müalicəsi üçün hazırlıq vəziyyətinə gətiriliblər.

Qeyd edək ki, fevralın 8-də terrorçuların Türkiyə hərbçilərinə hücumu nəticəsində 5 nəfər şəhid olub. 

Son xəbərlər

Orphus sistemi