Yuxarı
    Bağlamaq

    Suriyada öldürülən Rusiya vətəndaşlarının sayı açıqlanıb

    Nazirlik iki il ərzində Suriyadakı hərbi əməliyyatlarda Rusiyanın təxminən 33 hərbçisinin öldüyünü təsdiqləyib

    Bakı. 2 avqust. REPORT.AZ/ Suriyada 2017-ci ilin ilk yarısında Rusiyanın 40 vətəndaşı, o cümlədən 17-si hərbçi və 21-i xüsusi hərbi şirkətlərin döyüşçüsü ölüb.

    “Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ölənlərin qohumları və dostları bildirib.

    Ölənlərdən ikisinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

    Məlumata görə, Rusiya Müdafiə Nazirliyi bu müddət ərzində 10 hərbçisinin öldüyünü bildirib. Nazirlik itki ilə bağlı “Reuters”in sorğusunu cavablandırmayıb.

    Xəbərdə bildirilib ki, nazirlik iki il ərzində Suriyadakı hərbi əməliyyatlarda Rusiyanın təxminən 33 hərbçisinin öldüyünü təsdiqləyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi