Suriyada müqavilə əsasında döyüşən Rusiya vətəndaşı ölüb

Suriyada müqavilə əsasında döyüşən Rusiya vətəndaşı ölüb Ölümündən sonra Mark Neymarkın ailəsinə müqavilə imzaladığı hərbi şirkət tərəfindən kompensasiya ödənilib
Region
18 Oktyabr , 2017 19:48
Suriyada müqavilə əsasında döyüşən Rusiya vətəndaşı ölüb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Xüsusi hərbi şirkətlə bağladığı müqavilə əsasında Suriyada döyüşən Rusiyanın Xanti-Mansi Muxtar Dairəsinin Meqion şəhərinin sakini, 25 yaşlı Mark Neymark minaya düşərək ölüb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu məlumatı ölən hərbçinin həyat yoldaşı Kseniya Neymark da təsdiqləyib. O, ərinin bu ilin iyunun 28-də Suriyaya yola düşdüyünü və oktyabrın sonun da “məzuniyyətə” çıxmağı planlaşdırdığını deyib.

M.Neymarkın ölümünü  Rusiyanın Suriyada əməliyyatlar keçiridyi bölgələrdə monitorinq aparan “Conflict Intelligence Team” qrupu yayıb.

Məlumata görə, o, yəhudi olub və onun Rusiya hərbçiləri ilə brlikdə Bəşşər Əsəd tərfdən döyüşməsi peşəkar hərbçi olmağından xəbər verir.

Qeyd edək ki, ölümündən sonra M.Neymarkın ailəsinə müqavilə imzaladığı hərbi şirkət tərəfindən kompensasiya ödənilib.

Son xəbərlər

Orphus sistemi