Yuxarı
    Bağlamaq

    ​Suriyada iranlı komandan öldürülüb

    Əli Rza İmani: O, bu yaxınlarda Suriyaya göndərilib

    Bakı. 28 avqust. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyasının komandanlarından biri - Əhməd Heyyari Suriyanın Lazkiye şəhərində öldürülüb.

    "Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

    Məlumata görə, qvardiyanın yarımhərbi könüllü qüvvələrinin ("bəsic") Suriyanın Şuş şəhərindəki komandanının müavini Əli Rza İmani İmam Hüseyn taborunun komandan Əhməd Heyyarinin öldürüldüyünü bildirib. O, deyib ki, Ə.Heyyari bu yaxınlarda Suriyaya göndərilib, ötən gün baş verən atışmada ölüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi