Suriyada İranın daha bir yüksək rütbəli hərbçisi öldürülüb

Suriyada İranın daha bir yüksək rütbəli hərbçisi öldürülüb İran Suriyadakı toqquşmalarda aprelin əvvəlindən bəri 1 polkovnik və 5 xüsusi təyinatlı olmaqla, ümumilikdə 24 hərbçisini itirib
Region
13 Aprel , 2016 18:30
Suriyada İranın daha bir yüksək rütbəli hərbçisi öldürülüb

Bakı. 13 aprel. REPORT.AZ/ Suriyada İranın daha bir yüksək rütbəli hərbçisi öldürülüb.

"Report"un "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, kapitan Həmdullah Bahşəndə ötən həftə Suriyaya göndərilən İran Silahlı Qüvvələrinin xüsusi təyinatlılarından ibarət 65-ci briqadasının zabiti olub.

O, Hələbin cənubunda güclənən qarşıdurmalar zamanı Bəşşar Əsəd rejiminə müxalif qüvvələr tərəfindən öldürülüb.

Qeyd edək ki, İran Suriyadakı toqquşmalarda aprelin əvvəlindən bəri 1 polkovnik və 5 xüsusi təyinatlı olmaqla, ümumilikdə 24 hərbçisini itirib.

Son xəbərlər

Orphus sistemi