Yuxarı

Suriyada "Ən-Nüsra" terror qruplaşmasının lideri ağır yaralanıb

Bakı. 19 fevral. REPORT.AZ/ "Hayat Tahrir əş-Şam"ın lideri ("Cəbhat ən-Nüsra" terror qruplaşmasının yeni adı) Əbu Məhəmməd əl-Culani (Məhəmməd Hüseyni əş-Şaraa) başından qəlpə yarası alıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyədəki tibbi mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

Məlumata görə, bazar ertəsi, fevralın 18-də, o, Suriyanın İdlib şəhərində partlayış zamanı başından ağır yara alıb və Türkiyənin cənubunda, Suriya ilə sərhəd yaxınlığında yerləşən Hatay əyalətinin Antakya şəhər xəstəxanasına çatdırılıb.

"Xəstəxanaya çatdırılan şəxs başından beyin silkələnməsinə səbəb olan qəlpə yarası alıb, o başından əməliyyat olunub", - mənbə bildirib.

Onun sözlərinə görə, bu şəxs terrorçu Əbu Məhəmməd əl-Culanidir. Hazırda yaralı intensiv terapiya şöbəsinə yerləşdirilib.

"Onun vəziyyəti ağırdır və komadadır", - deyə mənbə əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi