Yuxarı
    Bağlamaq

    Suriyada 1 türk hərbçisi şəhid olub, 5-i yaralanıb

    Suriya Azadlıq ordusunun 4 əsgəri də həlak olub, 25-i isə yaralanıb

    Bakı. 25 noyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyada davam edən “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatının 94-cü günü baş verən döyüşlər nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub, 5-i yaralanıb.

    “Report” DHA-ya istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

    Məlumata görə, Suriya "Azadlıq ordusu"nun 4 əsgəri də həlak olub, 25-i isə yaralanıb.

    Türkiyə Silahlı Qüvvələri terrorçu İŞİD qruplaşmasının 101 hədəfini havadan və qurudan atəşə tutaraq, məhv edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi