Suriyada avtomobil partladılıb, Rusiyanın 4 hərbçisi ölüb, 2-si yaralanıb

Suriyada avtomobil partladılıb, Rusiyanın 4 hərbçisi ölüb, 2-si yaralanıb Həkimlər yaralı iki hərbçini həyata qaytarmağa çalışır
Region
20 Fevral , 2017 16:53
Suriyada avtomobil partladılıb, Rusiyanın 4 hərbçisi ölüb, 2-si yaralanıb

Bakı. 20 fevral. REPORT.AZ/ Suriyada avtomobilin partladılması nəticəsində Rusiyanın 4 hərbçisi ölüb, 2-si yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı bu gün Rusiyanın Müdafiə Nazirliyi yayıb.

İnformasiyaya əsasən, hadisə fevralın 16-da baş verib. Hərbçilərin avtomobil karvanı Suriyanın Tiyas rayonundakı hava limanından Homs şəhərinə doğru hərəkət edərkən partlayış olub.

Həkimlər Rusiyanın yaralı iki hərbçisini həyata qaytarmağa çalışır.

Son xəbərlər

Orphus sistemi