Suriyada Türkiyənin 3 hərbçisi yaralanıb

Suriyada Türkiyənin 3 hərbçisi yaralanıb Onlardan ikisi əməliyyat edilib, digərinin vəziyyətinin isə ağır olduğu bildirilir
Region
27 Sentyabr , 2016 19:04
Suriyada Türkiyənin 3 hərbçisi yaralanıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Suriyada 3-ü türk olmaqla 4 hərbçi yaralanıb. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, onlar "Fırat Kalkanı" çərçivəsində keçirilən əməliyyat zamanı Suriyanın Çobanbəy qəsəbəsində İŞİD terror qruplaşmasının hücumuna məruz qalıblar. Nəticədə Türkiyənin 3, Azad Suriya Ordusunun isə 1 hərbçisi yaralanıb

Yaralı hərbçilər "Təcili tibbi yardım" maşını ilə Kilis Dövlət Xəstəxanasına çatdırılıblar. Türk hərbçilərdən ikisi əməliyyat olunub, digərinin vəziyyətinin isə ağır olduğu bildirilir. 

Xəbərdə həmçinin İŞİD-dən 10-dan çox üzvünün zərərsizləşdirildiyi vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi