Suriya ilə sərhəd yaxınlığındakı anbarda baş verən yanğında 10 Türkiyə əsgəri xəsarət alıb

Suriya ilə sərhəd yaxınlığındakı anbarda baş verən yanğında 10 Türkiyə əsgəri xəsarət alıb Kilis-Qaziantep trasında hərbi hissədə yanğın meydana gəlib, yanğın külək vasitəsilə silah-sursat olan anbara keçib
Region
13 İyul , 2017 11:57
Suriya ilə sərhəd yaxınlığındakı anbarda baş verən yanğında 10 Türkiyə əsgəri xəsarət alıb

Bakı. 13 iyul. REPORT.AZ/ Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayətndə Suriya ilə sərhəd yaxınlığında yerləşən silah-sursat anbarında yanğın baş verib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində on Türkiyə hərbçisi xəsarət alıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın əvvəlcə Kilis-Qaziantep trasında hərbi hissədə meydana gəlib, sonradan külək vasitəsilə yanğın silah-sursat olan anbara keçib.

İnformasiyaya görə, hadisə nəticəsində xəsarət alan hərbçilər zəhərlənib və xəstəxanaya yerləşdirilib. Hazırda yanğının söndürülməsi üzrə tədbirlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi