​Suriyada daha bir iranlı general öldürülüb

​Suriyada daha bir iranlı general öldürülüb İranlı hərbçi və əsgərlər Bəşşar Əsəd rejimini müdafiə edir, ona bağlı silahlılarla birlikdə döyüşürlər
Region
10 Mart , 2016 17:30
​Suriyada daha bir iranlı general öldürülüb

Bakı. 10 mart. REPORT.AZ/ İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının briqada generalı Həsənəli Şəmsabadi Suriyadakı savaşda öldürülüb.

"Report" xəbər verir ki, bu haqda İranın "Fars" agentliyi məlumat yayıb.

Onun Suriyanın hansı bölgəsində öldürüldüyü haqda xəbər verilməyib. Bununla belə, İranın bu ölkədə öldürülən yüksək rütbəli zabitlərinin sayının çox olduğunu qvardiyanın rəhbərləri də etiraf edir.

Qeyd edək ki, iranlı hərbçi və əsgərlər Bəşşar Əsəd rejimini müdafiə edir, ona bağlı silahlılarla birlikdə döyüşürlər. 

Son xəbərlər

Orphus sistemi