Bakı. 17 iyun. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə bağlı ölkədə 3 günlük matəm elan edilib. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu bəyan edib.
Davudoğlu bildirib ki, bu gündən etibarən matəm başlayıb: "Cümə günü Ankarada cənazə namazı qılınacaq. Digər məsələlərə gəlincə, bu barədə mərhumun ailəsi dəqiq qərar verəcək. Mərhumun cənazəsi şənbə günü İslamköydə torpağa tapşırılacaq".
Qeyd edək ki, S.Dəmirəl bu gün səhər saatlarında vəfat edib.