Yuxarı

​Süleyman Dəmirəlin evi ya muzey, ya da kitabxana olacaq

Türkiyə prezidenti: Son 50 illik siyasi həyatda mərhum Dəmirəlin çox fərqli yeri var

Bakı. 18 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 9-cu prezidenti, mərhum Süleyman Dəmirəlin yaşadığı Güniz küçəsindəki evini ziyarət edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

R.T.Ərdoğan deyib ki, son 50 illik siyasi həyatda mərhum S.Dəmirəlin çox fərqli yeri var.

Onun sözlərinə görə, bundan sonra Sparta (Süleyman Dəmirəlin doğulduğu və dəfn ediləcəyi şəhər) kütləvi ziyarət yeri olacaq: "Güniz küçəsi isə adını əbədiləşdirəcək. Bizlər də üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik. Onun siyasi həyatı haqda bir çox məlumatlar, sənədlər gələcəyə işıq tutacaq. Başqa sözlə, buranın bir muzey, bir kitabxana kimi istifadə edilə bilməsi də mümkündür. Bu məsələ ilə bağlı Şevkət bəyi (Süleyman Dəmirəlin qardaşı - "Report") də qəbul etdiyi qərara görə təbrik edirəm".

S.Dəmirəl iyunun 17-də 91 yaşında dünyasını dəyişib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi