Yuxarı

​Süleyman Dəmirəl doğulduğu kənddə dəfn ediləcək

Türkiyənin 9-cu prezidentinin məqbərəsi 12 metr hündürlüyündə olacaq

Bakı. 18 iyun. REPORT.AZ/ Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl İspartada Atabəy rayonunun İslamköy məhəlləsində Çalca təpədəki məqbərədə dəfn ediləcək.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Atabəy rayonunun icra başçısı Ömər Faruk Çelik bildirib.

Onun sözlərinə görə, Süleyman Dəmirəlin məzarı heykəlinin yanında olacaq. 

Süleyman Dəmirəlin qardaşı Şevkət Dəmirəl 2000-ci ildə 58 min kv.m-lik ərazidəki məqbərənin tikintisinə başlayıb. Oradakı çiçəkləri sulamaq üçün tikilən hovuzların da sayı 9-dur. Bu, S.Dəmirəlin 9-cu prezident olmasını simvolizə edir. Orada çeşidli dərinlikdə 9 süni gölməçə də tikilib.

Qeyd edəki, bu, sahəsinə görə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsindən sonra ikinci böyük məqbərə sayılır. S.Dəmirəlin məqbərəsi 12 metr hündürlüyündə olacaq. Dünyanın çeşidli ölkələrindən gətirilən ağac və gül-çiçək əkilib.

Süleyman Dəmirəl 2014-cü ildə İspartaya səfəri zamanı məqbərə və ətrafında yaradılan şəraitlə tanış olub və deyib: "Bu, dünya üzrə nümunəvi layihələrdəndir. Çalca təpə keçmişdə qayalıqlardan və kirəc torpaqlardan ibarət olan bir yer idi. Qardaşımın başçılığı ilə görülən işlər nəticəsində indiki vəziyyətə gəlib. Sulandıqları üçün buradakı şam ağacları dünyada ən şanslı ağaclardır. Dünyada yalnız burada şam ağacları sulanır. Bütün bunlar Şevkət bəyin əsəridir. Həmyerlilərim də ona yardım ediblər. Nəticədə Kirəc təpə bu gün Türkiyənin yaşıl ərazilərindən biri olub. Bu, bir ölkənin torpaqlarına edilə biləcək ən böyük yaxşılıqdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi