"​Stratfor": Belarus və Ermənistan Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirə bilər

"​Stratfor": Belarus və Ermənistan Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirə bilər "Ukrayna böhranı Dağlıq Qarabağ münaqişəsinə də toxunub"
Region
31 Yanvar , 2015 17:13
​Stratfor: Belarus və Ermənistan Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirə bilər

Bakı. 31 yanvar . REPORT.AZ/ "Son hadisələr göstərir ki, Moskvanın postsovet məkanında ən etibarlı iki müttəfiqi olan Belarus və Ermənistan Qərblə qarşıdurmalar fonunda Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirə bilər". "Report" xəbər verir ki, bu barədə "Stratfor" fondu tərəfindən hazırlanan analitik məqalədə deyilir. 

Fondun analitiklərinin fikrincə,  Belarus və Ermənistan, çox ehtimal ki, Rusiya ilə bağlı strateji istiqaməti qoruyub saxlayacaq, lakin RG və Qərb arasında mübarizənin dərəcəsindən asılı olaraq öz mövqelərini yenidən gözdən keçirə bilərlər. 

Məqalədə qeyd olunur ki, "Ukrayna böhranı Dağlıq Qarabağ münaqişəsinə də toxunub" - Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində zorakılıq hallarının sayı artıb. 

"Azərbaycanın enerji ehtiyatlarına tələbatın olması və Rusiyanın diqqətinin Ukraynaya cəmlənməsi səbəbindən ölkə manevrlər üçün daha geniş imkanlara malikdir. Bu amillər Ermənistan qarşısında Rusiyanın təhlükəsizlik qarant kimi çıxış etməsi haqqında sual qoyur", - məqalədə yazılıb. 

Buna baxmayaraq, "Stratfor" analitikləri hesab edirlər ki, Ermənistan "Rusiyadan çox uzaq düşməmək üçün, əvvəlki kimi, ehtiyatlı davranacaq". Gümrüdə rus hərbçisi tərəfindən erməni ailəsinin qətlə yetirilməsinə və bununla bağlı Ermənistanda keçirilən nümayişlərə baxmayaraq, İrəvan Moskvanı dəstəkləyir. "Rusiyanın hərbi iştirakı Ermənistan üçün çox vacibdir", - məqalədə qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi