Yuxarı

Baş katib: "Türkiyə ilə NATO arasında problemlərin Londonda həll ediləcəyinə dair söz verə bilmərəm"

Stoltenberq: "Türkiyə-NATO problemləri Londonda həll edilməyəcək"

“Türkiyə ilə NATO arasında problemlərin Londonda həll ediləcəyinə dair söz verə bilmərəm”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, Türkiyənin Suriyadakı hərbi əməliyyatları dayandırması zorakılığın azalmasına səbəb olub: “Bundan sonra məsələnin siyasi yolla həllinə çalışmalıyıq”.

Baş katib Türkiyənin əhəmiyyətli bir müttəfiq olduğunu və bunun üçün sərhədə baxılmasının kifayət etdiyini vurğulayıb: “Türkiyə İŞİD-ə qarşı mübarizəmizdə çox vacib bir ölkə idi. Türkiyədəki hərbi bazalardan istifadə edilmədən İŞİD-i məğlub etmək olmazdı”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi