​Stoltenberq: "NATO Türkiyədəki vəziyyəti diqqətlə izləyir"

​Stoltenberq: "NATO Türkiyədəki vəziyyəti diqqətlə izləyir" "Terrora haqq qazandırmaq olmaz"
Region
28 İyul , 2015 16:57
​Stoltenberq: NATO Türkiyədəki vəziyyəti diqqətlə izləyir

Bakı. 28 iyul. REPORT.AZ/ "NATO bu yaxınlarda baş verən terror hücumları ilə əlaqədar Türkiyədəki vəziyyəti diqqətlə izləyir".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı NATO Şurasının təcili toplantısından əvvəl bildirib.

"Formasından asılı olmayaraq terrorizmə haqq qazandırmaq olmaz. Bu gün bu toplantının keçirilməsi vaxtında və düzgün atılan addımdır. Bu, Türkiyə ərazisində və NATO sərhədlərində baş verən qeyri-sabit vəziyyəti müzakirə etmək üçün imkan verir. NATO Türkiyədəki hadisələrin inkişafını çox diqqətlə izləyir və biz müttəfiqimiz olan Türkiyə ilə tam həmrəyik", - baş katib deyib.

Qeyd edək ki, bu gün NATO Şurası Türkiyənin tələbi ilə ölkədə son terror hücumları ilə əlaqədar alyansa üzv olan 28 dövlətin səfirləri səviyyəsində təcili iclas keçirib.

Son xəbərlər

Orphus sistemi