Stavropolda terror əleyhinə əməliyyat rejimi tətbiq edilib

Stavropolda terror əleyhinə əməliyyat rejimi tətbiq edilib Hazırda Stavropol diyarının hakimiyyəti bütün sosial müəssisələri sutkaboyu qoruyur və kütləvi tədbirləri ləğv edilib
Region
11 Aprel , 2016 13:32
Stavropolda terror əleyhinə əməliyyat rejimi tətbiq edilib

Bakı. 11 aprel. REPORT.AZ/ Stavropolda terror əleyhinə əməliyyat rejimi tətbiq edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu, rayon polis idarəsinə edilmiş hücumla bağlıdır.

"Hadisədə terror hücumunun bütün nişanələri var" - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Hələlik polis idarəsinə hücum edənlərin şəxsiyyəti müəyyənləşdirilməyib.

Hazırda Stavropol diyarının hakimiyyəti bütün sosial müəssisələri - xəstəxanaları, məktəb və bağçaları sutkaboyu qoruyur və kütləvi tədbirləri ləğv edilib. 

Son xəbərlər

Orphus sistemi