Bakı. 29 iyun. REPORT.AZ/ Terror hadisəsinin baş verdiyi İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanı yerli vaxtla saat 03:00-da fəaliyyətini bərpa edib. "Report" xəbər verir ki bu barədə hava limanına gəlmiş baş nazir Bineli Yıldırım bəyan edib.
Onun sözlərinə görə, hava limanı artıq reysləri qəbul edir. Habelə İstanbuldan digər şəhərlərə uçuşlar bərpa olunub.
Qeyd edək ki, Türkiyənin müvafiq qurumları İstanbul Hava Limanının yerli vaxtla axşam saat 20:00-dək bağlı olacağını bildirmişdilər.