Sosioloq: “Ermənistan əhalisinin 45 faizi mütləq kasıblıq həddində yaşayır”

Sosioloq: “Ermənistan əhalisinin 45 faizi mütləq kasıblıq həddində yaşayır” Aqaron Adibekyan: “Dünya üzrə Ümumi Daxili Məhsulun həcminə görə, Ermənistan 135-ci yerdədir”
Region
17 Oktyabr , 2017 15:59
Sosioloq: “Ermənistan əhalisinin 45 faizi mütləq kasıblıq həddində yaşayır”

Bakı. 17 oktyabr. REPORT.AZ/ “Ermənistan əhalisinin 45 faizi mütləq kasıblıq həddində yaşayır”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Yerevandakı “Sosiometr” Sosial Araşdırmalar Mərkəzinin direktoru Aqaron Adibekyan bildirib.

O qeyd edib ki, apardıqları araşdırmalar nəticəsində həmin 45 faizin 10 faizinin dilənçi vəziyyətdə yaşadığı məlum olub: "Müəyyən etdik ki, ağır sosial vəziyyətlə əlaqədar uşaqlar məktəbə getmirlər. Ailələr buna səbəb olaraq, həmin uşaqların ayaqqabı və isti geyimlərinin olmamasını göstərirlər”.

A.Adibekyanın sözlərinə görə, Ermənistanda əhalinin 900 min nəfəri kasıbdır, onların 310 min nəfəri isə yoxsul vəziyyətdədir. 

Mərkəz rəhbəri deyib kl, dünya üzrə Ümumi Daxili Məhsulun həcminə görə, Ermənistan 135-ci yerdədir. 

Son xəbərlər

Orphus sistemi