Yuxarı

Sorğu: Ukrayna ilə müharibəni mümkün sayan Rusiya sakinlərinin sayı artır

Respondentlərin 25 faizindən çoxu (3 ay əvvəl bu rəqəm 17 faiz idi) Ukrayna ilə müharibəni mümkün sayır

Bakı. 2 fevral. REPORT.AZ/ Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi (VTSİOM) Ukraynada baş verən hadisələrlə bağlı keçirdiyi növbəti rəy sorğusunun nəticələrini açıqlayıb.

"Report" xəbər verir ki, bu gün "Vedomosti" qəzetində dərc edilən və Rusiyanın müxtəlif regionlarını əhatə edən sorğuya əsasən respondentlərin yarısı hesab edir ki, Ukraynada hazırda vətəndaş müharibəsi gedir.

Respondentlərin 17 faizi isə Ukrayna hakimiyyətinin ruslara qarşı soyqırım və terror siyasəti həyata keçirdiyini düşünür.

Ukrayna ilə müharibəni mümkün sayan Rusiya sakinlərinin sayı kəskin artıb. Sorğu iştirakçılarının 25 faizindən çoxu (3 ay əvvəl bu rəqəm 17 faiz idi) müharibə tərəfdarı olduqlarını bildiriblər.

Bu tendensiyanı şərh edən VTSİOM-un baş direktoru Valeri Fyodorov bunda Ukrayna parlamentinin Rusiyanı təcavüzkar dövlət kimi tanıma qərarının mühüm rol oynadığını deyib.

Qeyd edək ki, respondentlərin 10 faizi düşünür ki, Ukrayna ilə Rusiya arasında müharibə artıq başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi