Yuxarı

Sorğu: Ruslar Qərblə münasibətlərin yaxşılaşdırılmasına tərəfdardır

Rusiyalıların 3/4-ü Rusiyanın ABŞ və digər Qərb ölkələrilə əlaqələri yaxşılaşdırmalı olduğunu hesab edir

Bakı. 3 dekabr. REPORT.AZ/ Rusiyalıların 3/4-ü (75%) Rusiyanın ABŞ və digər Qərb ölkələrilə əlaqələri yaxşılaşdırmalı olduğunu hesab edir. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, "Levada-sentr"in araşdırması belə düşünməyə əsas verir.

Sorğuda iştirak edənlərin 16 faizi beynəlxalq əlaqələrin yaxşılaşdırılması üçün ehtiyac görməyib, 10 faizi isə qərar verməkdə çətinlik çəkib.

Ukrayna ilə əlaqələrin yaxşılaşdırılmasının zəruriliyini rusiyalıların 70 faizi istəyir. Respondentlərin 20 faizi əks düşüncəyə malikdir.

Respondentlərin yarıdan çoxu (54 faiz) Rusiyanın hazırda beynəlxalq təcrid şəraitində olduğunu düşünür. Bununla razı olmayanlar 39 faiz təşkil edir.

Eyni zamanda, rusların 65 faizi Qərbin sanksiyalarına baxmayaraq, Rusiyanın yürütdüyü siyasətə davam etməli olduğunu düşünür. 27 faiz rəyi soruşulan isə sanksiyalardan qurtulmaq üçün kompromis axtarmaq və güzəştə getmək lazım olduğunu deyir.

Qeyd edək ki, "Levada-sentr"in sorğusu 20-23 noyabr tarixlərində keçirilib. Sorğuda ölkənin 48 regionundan 1 600 nəfər iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi