Yuxarı
    Bağlamaq

    Sorğu: Rusiyada beş nəfərdən biri qarşıdakı prezident seçkilərində səs vermək fikrində deyil

    Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyada keçiriləcək prezident seçkilərində ölkə vətəndaşlarının 58%-i iştirak etməyə hazırdır.

    "Report" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə "Levada Mərkəzi"nin keçirdiyini sorğuda bildirilir.

    Sorğunun nəticələrinə əsasən, respondentlərin 34%-i, çox güman, səs verəcəyini, 24%-i isə mütləq səs verəcəyini söyləyib. Hər beş nəfərdən biri seçkilərə qatılmayacaq: rəyi soruşulanların 10%-i dəqiqliklə səs verməyəcəyini deyibsə, 10% respondent səs verəcəyinə şübhə edib. Respondentlərin 20%-i isə seçkiyə gedib-getməməklə bağlı qərarsızdır.

    Rusiyalılar arasında ən böyük dəstəyi Vladimir Putin alıb: respondentlərin 53%-i ona səs verməyə hazırdır. İkinci yerdə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski (4%), üçüncüsü sırada isə Kommunist Partiyasının lideri Gennadi Zyuqanov (3%) qərarlaşıb.

    Sorğu noyabarın 24-28-də Rusiyanın 48 regionundakı 137 yaşayış məntəqəsində 1600 nəfər arasında keçirilib.

    Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də baş tutacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi