​Sorğu: Rusiya vətəndaşlarının əksəriyyəti Rusiyanın Suriyadakı fəaliyyətini dəstəkləyir

​Sorğu: Rusiya vətəndaşlarının əksəriyyəti Rusiyanın Suriyadakı fəaliyyətini dəstəkləyir Respondentlərin 38% deyib ki, onlar aviasiyanın istifadə olunması qərarı ilə tam razıdır
Region
9 Oktyabr , 2015 17:24
​Sorğu: Rusiya vətəndaşlarının əksəriyyəti Rusiyanın Suriyadakı fəaliyyətini dəstəkləyir

Bakı. 9 oktyabr. REPORT.AZ/ Rusiyalıların əksəriyyəti "İslam Dövləti" terror təşkilatı yaraqlılarına qarşı aviazərbələr endirmək üçün Suriyaya təyyarələrin göndərilməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinin qərarını dəstəkləyir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumrusiya ictimai rəyin öyrənilməsi Mərkəzi tərəfindən həyata keçirilən sorğunun nəticələrinə görə yayılan məlumatda bildirilir.

Respondentlərin 38% deyib ki, onlar aviasiyanın istifadə olunması qərarı ilə tam razıdır, sorğuda iştirak edən 28% bu addıma müsbət yanaşdığını deyib. 15% respondent qərarla razı olmadığını, 12% isə qəti şəkildə razı olmadıqlarını qeyd edib. Respondentlərin 7%-i isə sualı cavablandırmaqda çətinlik çəkdiklərini deyib.

Ümumrusiya ictimai rəyin öyrənilməsi Mərkəzi oktyabrın 3-4-də ölkənin 46 regionunda 1600 nəfər arasında sorğu keçirib. Statistik yanlışlığın burada 3,5%-dən çox olmadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi