Son illər Ermənistanın 15 mindən çox sakini vətəndaşlıqdan imtina edib

Son illər Ermənistanın 15 mindən çox sakini vətəndaşlıqdan imtina edib "Vətəndaşlıqdan imtina edən şəxslərin əksəriyyəti bunu hərbi qulluqdan boyun qaçırmaq üçün edib"
Region
9 Yanvar , 2018 22:44
Son illər Ermənistanın 15 mindən çox sakini vətəndaşlıqdan imtina edib

Bakı. 9 yanvar. REPORT.AZ/ Son illər Ermənistan vətəndaşlığından imtina edənlərin sayı kəskin şəkildə artıb.

"Report" xəbər verir ki, bu barədə "NEWS.am"-a Ermənistan Polisinin Pasport və Viza Məsələləri üzrə Departamentindən bildiriblər.

Məlumata görə, 2017-ci ildə 3823 şəxs quruma vətəndaşlıqdan imtina edilməsi ilə bağlı müraciət göndərib

Qurum 2012-ci ildə bununla bağlı 968 ərizə, 2013-ci ildə 1461, 2014-cü ildə 2407, 2015-ci ildə 2487, 2016-cı ildə 3863, 2017-ci ildə isə - 3823 ərizə qəbul edib. Beləliklə, 2012-ci ildə ölkədə keçirilən seçkilərdən sonra - 2017-ci ilədək, yəni hakimiyyətdə Respublika Partiyasının olduğu dövrdə, 15000-dən çox şəxs Ermənistan vətəndaşlığından imtina edib.

Hakim Respublika Partiyasının nümayəndəsi, deputat Alik Sarqsyanın qənaətincə, vətəndaşlıqdan imtina edən şəxslərin əksəriyyəti bunu hərbi qulluqdan boyun qaçırmaq üçün edib. 

Son xəbərlər

Orphus sistemi