Son bir həftədə Türkiyədə 807 yeraltı təkan qeydə alınıb

Son bir həftədə Türkiyədə 807 yeraltı təkan qeydə alınıb Fövqəladə Hallar Nazirliyi və Qızılay Cəmiyyəti zərərçəkənlərin sığınması üçün 478 çadır quraşdırıb
Region
13 Fevral , 2017 13:11
Son bir həftədə Türkiyədə 807 yeraltı təkan qeydə alınıb

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyənin Çanaqqala bölgəsində ötən bir həftə ərzində 807 yeraltı təkan olub.

“Report” İHA-ya istinadən xəbər verir ki, bölgədə fevralın 6-dan fevralın 12-dək müxtəlif bal gücündə zəlzələ olub.

Məlumata görə, 423 dəfə 2 , 298 dəfə 3, 70 dəfə 4, 11 dəfə 5, 5 dəfə isə 6 bal gücündə yeraltı təkan baş verib.

Xəbərdə bildirilib ki, hadisə nəticəsində evlər, məscid uçub, 8 nəfər yaralanıb, 1 iribuynuzlu qaramal, 18 xırdabuynuzlu heyvan tələf olub.

Məlumata görə, Türkiyənin Fövqəladə Hallar Nazirliyi və Qızılay Cəmiyyəti təbii fəlakət bölgəsində zərərçəkənlərin sığınması üçün 478 çadır quraşdırıb. 

Son xəbərlər

Orphus sistemi