Son bir ayda Rusiyadan Türkiyəyə 60 min turist səyahət edib

Son bir ayda Rusiyadan Türkiyəyə 60 min turist səyahət edib Ərdoğan: "Rusiyadan turist axınının artacağına ümid edirik"
Region
29 Sentyabr , 2016 15:39
Son bir ayda Rusiyadan Türkiyəyə 60 min turist səyahət edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiyadan son bir ay ərzində Türkiyəyə 60 min turist səfər edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan rayon icra nümayəndələrinin 27-ci toplantısındakı çıxışında bildirib.

"Turizm sektorunda irəliləyiş var. Çarter reysinə qoyulan qadağa götürüldükdən sonra Rusiyadan ölkəmizə 60 min turist gəlib. Rusiyadan turist axınının artacağına ümid edirik", - deyə, o söyləyib.

Qeyd edək ki, çarter reyslərinə qoyulan qadağa bu ilin avqustunda ləğv edilib. 

Son xəbərlər

Orphus sistemi