Son beş ildə Gürcüstan vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb

Son beş ildə Gürcüstan vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb Son 4,5 ildə 600-dən çox Azərbaycan vətəndaşı Gürcüstanda torpaq sahəsi əldə edib
Region
22 İyun , 2017 17:07
Son beş ildə Gürcüstan vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb

Bakı. 22 iyun. REPORT.AZ/ 2012-2017-ci illərdə 500 Azərbaycan vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin məlumatına görə, bu müddət ərzində 32 017 nəfərə Gürcüstan vətəndaşlığı verilib.

Bundan əlavə, 19 597 Rusiya, 1 686 ABŞ, 1 122 Ermənistan vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.

Eyni zamanda, analoji dövr ərzində 7 264 Azərbaycan vətəndaşı Gürcüstanda yaşamaq icazəsi alıb. Yaşamaq icazəsi alanların ümumi sayı 76 585 nəfər olub. Onlardan 4 666-sı ermənistanlı, 9 515-i rusiyalı, 657-si britaniyalı, 635-i almaniyalı və s. olub.

Bundan əlavə, 2013-cü ildən 2017-ci il mayın 24-dək 631 Azərbaycan vətəndaşı Gürcüstanda topraq sahəsi əldə edib. 

Son xəbərlər

Orphus sistemi