Yuxarı

​Son 4 ayda Ermənistan ordusunun 94 hərbçisi əlil statusu alıb

Onların 14-ü Azərbaycanın işğal altındakı torpaqlarında əlil olublar

Bakı. 18 avqust. REPORT.AZ/ Son 4 ayda Ermənistan Silahlı Qüvvələrinin 94 hərbçisi əlil statusu alıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Hərbi-Sosial Ekspert Agentliyi məlumat yayıb.

Agentlikdən bildirilib ki, Azərbaycanın işğal altında olan torpaqlarındakı aprel döyüşlərindən sonra Ermənistan ordusunun 14 hərbçisi əlil olub.

Məlumata görə, bu il aprelin 11-dən etibarən 94 erməni hərbçisi əlil statusu alıb, amma bu yekun göstərici deyil. Çünki əlil statusu almaq üçün müraciət etməyən hərbçilər də var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi