Bakı. 30 iyul. REPORT.AZ/ Soçidə yaşayış evinin yanması nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə fövqəladə xidmətin regional idarəsinin nümayəndəsi bildirib.
“İlkin məlumata əsasən, 8 nəfər ölüb, 3 nəfər xəsarət alıb”, - agentliyin əməkdaşı deyib.
Qeyd edək ki, yanğın Soçinin Adler rayonunda baş verib. Hadisənin səbəbi araşdırılır, ölənlərin kimliyi dəqiqləşdirilir.