Yuxarı
    Bağlamaq

    “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Gürcüstanda yanacağın qiymətinin dəyişməsinə aydınlıq gətirib

    Son günlər bu ölkədə avtomobil yanacağının qiymətlərinin azalması müşahidə olunur© "Report"

    Tbilisi. 24 iyun. REPORT.AZ/ Son günlər Gürcüstanda avtomobil yanacağının qiymətlərinin azalması müşahidə olunur.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bəzi yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti 5-7, bəzilərində isə 10 tetri ucuzlaşıb (1 tetri 0,25 sent).

    Bəzi ekspertlər qiymətlərin aşağı düşməsini dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqələndirirlər.

    SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov da “Report”un Gürcüstan bürosuna müsahibəsində faktı təsdiqləyib və bunun dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqəli olduğunu bildirib.

    “Dünya bazarında, son iki ildə neftin bir barelinin qiyməti 45-55 ABŞ dolları arasında dəyişir. Buna görə də istehlak qiymətlərində də dəyişmə baş verir. Lakin qiymət dəyişikliyi elə də böyük olmur. Gürcüstanda da avtomobil yanacağının qiymətləri müvafiq olaraq 5-10 tetri aşağı düşür və ya qalxır. Çünki ilin əvvəlində Gürcüstan dövlətinin aksiz vergisini qaldırması nəticəsində yanacağın qiymətləri də təqribən 5-10 tetri qiymətində artıb. Ona görə də, bugünkü qiymətlərin azalması ciddi narahatlıq doğurmur”. – deyə o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi