Şimali Qafqazda son beş ildə 870-dən çox polis əməkdaşı və hərbçi öldürülüb

Şimali Qafqazda son beş ildə 870-dən çox polis əməkdaşı və hərbçi öldürülüb Məlumatı Rusiya DİN-in Şimali Qafqaz Federal Dairəsi üzrə İdarəsinin rəisi Sergey Çençik açıqlayıb
Region
8 Noyabr , 2015 15:37
Şimali Qafqazda son beş ildə 870-dən çox polis əməkdaşı və hərbçi öldürülüb

Bakı. 8 noyabr. REPORT.AZ/ Son beş il ərzində Şimali Qafqazda keçirilən antiterror əməliyyatları zamanı təhlükəsizlik orqanılarının 875 əməkdaşı öldürülüb.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu statistik göstəriciləri açıqlayan Rusiya DİN-in Şimali Qafqaz Federal Dairəsi üzrə İdarəsinin rəisi Sergey Çençik ölənlərin ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı çatdırıb.

"Əfsuslar olsun ki, Rusiyanın ən seçkin övladları terrorçulara qarşı mübarizədə qəhrəmanlıqıa həlak olurlar", - deyə Çençik vurğulayıb.

Son xəbərlər

Orphus sistemi