Yuxarı

Şimali İraqda türk hərbçilərin sayı 2 minə çatacacaq

Türk hərbi birliyinə dəstək məqsədi ilə İraqa zirehli texnika da göndərilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Şimali İraqa göndərilən türk hərbçilərin sayı iki min nəfərə çatacaq. 

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, rəsmi Ankara ilə Şimali İraqdaki kürd hakimiyyətinin başçısı Məsud Bərzani arasında əldə olunan razılaşmaya əsasən İraq ərazisinə göndərilən hərbi kontingent hazırda 600 əsgərdən ibarətdir. Lakin Başika ve Bamerni bölgələrinə əlavə hərbi gücün göndərilməsi prosesi davam edir.

Terrorçu "İŞİD" qruplaşmasının nəzarəti altında olan Mosul şəhərindən 32 kilometr uzaqlıqda dislokasiya olan türk hərbi birliyinə dəstək məqsədi ilə İraqa zirehli texnika da göndərilib.

Beləliklə, Türkiyə İran və ABŞ-dan sonra İraq ərazisində hərbçisi olan üçüncü xarici dövlət oldu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi