Silahlıların girov götürdüyü iranlı hərbçilərdən 5-i sərbəst buraxılıb

Silahlıların girov götürdüyü iranlı hərbçilərdən 5-i sərbəst buraxılıb Bakı. 16 noyabr. REPORT.AZ/ İranın cənub-şərq hissəsində, Pakistanla sərhəd yaxınlığında yerləşən Mircave bölgəsindən qaçırılan 14 iranlı hərbçinin 5-i sərbəst buraxılıb.
Region
16 Noyabr , 2018 09:48
Silahlıların girov götürdüyü iranlı hərbçilərdən 5-i sərbəst buraxılıb
0 : 00
0 : 00

Bakı. 16 noyabr. REPORT.AZ/ İranın cənub-şərq hissəsində, Pakistanla sərhəd yaxınlığında yerləşən Mircave bölgəsindən qaçırılan 14 iranlı hərbçinin 5-i sərbəst buraxılıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İranın İnqilab Keşikçiləri Qvardiyasının komandanı general Məhəmmədəli Cəfəri bildirib.

Onun sözlərinə görə, girovluqdan buraxılan hərbçilərin təhlükəsizliyi Pakistan dövləti tərəfindən qorunur.

Qeyd edək ki, oktyabrın 16-da Pakistanla sərhəd yaxınlığında silahlılar 14 iranlı hərbçini qaçırıblar.

Son xəbərlər

Orphus sistemi