Yuxarı
    Bağlamaq

    ​Sibirdə 50 min hektar meşə yanır

    Yanğın daha çox Tuva, Buryatiya və Zabaykal meşələrində müşahidə edilir

    Bakı. 8 iyul. REPORT.AZ/ Rusiyanın Sibir Federal Dairəsindəki meşələrdə baş verən yanğının miqyası 50 min hektarı keçib.

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu bölgənin Meşə Təsərrüfatı İdarəsi bildirib.

    Xəbərə görə, yanğının sahəsi 46,4 min ha-dan 50,8 min ha-ya çatıb.

    Yanğın daha çox Tuva, Buryatiya və Zabaykal meşələrində müşahidə edilir.

    Qeyd edək ki, bir müddət öncə Yakutiyada yanğına görə fövqəladə vəziyyət elan olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi