Yuxarı
    Bağlamaq

    Seyran Ohanyan istintaqa cəlb edilib

    Dinlə
    Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan

    Bakı. 13 iyun. REPORT.AZ/ Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Dövlət Gəlirlər Komitəsi tərəfindən istintaqa çağırılıb.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı komitənin mətbuat xidməti yayıb.

    Bildirilib ki, S.Ohanyan 2014-2017-ci illərdə dövlət sifarişləri və hərbi obyektlərin tikilməsi sahəsində baş verən qanun pozuntularına görə istintaqa cəlb edilib.

    Məlumata görə, Ermənistan ordusunun istehsalat-texniki idarəsinin keçmiş bölmə rəisi Qriqori Barseqyan iri məbləğdə dələduzluq, xidməti vəzifədən sui-istifadə, saxta sənəd hazırlamaq və rüşvətxorluqda ittiham olunaraq həbs edilib. Həmin idarənin sabiq rəisi Aşot Qriqoryana qarşı da oxşar ittihamlar irəli sürülüb.

    Onlar cinayəti törədən illərdə S.Ohanyan müdafiə naziri işləyib. Orduda törədilən qanun pozuntularına görə, keçmiş müdafiə naziri ilə yanaşı, başqa sabiq məmurlar və hazırda orduda xidmət edən şəxslər də istintaqa cəlb ediliblər.

    Qeyd edək ki, Seyran Ohanyan 2008-ci il aprelin 14-dən 2016-cı il oktyabrın 3-dək Ermənistanın müdafiə naziri olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi