Seyran Ohanyan: “Gələn il keçiriləcək parlament seçkisində iştirak edəcəm”

Seyran Ohanyan: “Gələn il keçiriləcək parlament seçkisində iştirak edəcəm” O bildirib ki, müdafiə naziri vəzifəsindən azad edildikdən sonra təklif olunan bütün postlardan imtina edib
Region
20 Dekabr , 2016 15:48
Seyran Ohanyan: “Gələn il keçiriləcək parlament seçkisində iştirak edəcəm”

Bakı. 20 dekabr. REPORT.AZ/ Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2017-ci ilin aprelində ölkədə keçiriləcək parlament seçkisində namizədliyini irəli sürəcək. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu S.Ohanyanın özü bəyan edib. 

O bildirib ki, müdafiə naziri vəzifəsindən azad edildikdən sonra təklif olunan bütün postlardan imtina edib. 

İnformasiyaya görə, əgər S.Ohanyan deputat seçilərsə, onun Ermənistanın yeni parlamentinə sədrlik edəcəyi ehtimal olunur. 

Qeyd edək ki, dekabrın 23-də Ermənistanın sabiq müdafiə naziri, hazırda Serj Sarqsyan rejiminə qarşı müxalifətdə olan S.Ohanyanın liderlik etdiyi “Üçüncü Respublika" Partiyasının təsis qurultayı keçiriləcək.

Xatırladaq ki, Ermənistan prezidentinin parlamentdəki daimi nümayəndəsi, Ermənistan Prezidenti Aparatı rəhbərinin müavini Viktor Dallakyan oktyabrın 10-da istefa verib. O, hakim Respublika Partiyasından da çıxdığını və aktiv siyasətə qayıtdığını, 2017-ci ildə keçiriləcək parlament seçkilərində fəal iştirak etmək niyyətində olduğunu açıqlamışdı.

Məlumata görə, yeni partiyanı Rusiyadakı iş adamları maliyyələşdirəcək. 

Son xəbərlər

Orphus sistemi