Seyran Ohanyan da Serj Sarqsyanın baş nazir olmasının əleyhinədir

Seyran Ohanyan da Serj Sarqsyanın baş nazir olmasının əleyhinədir Bakı. 17 mart. REPORT.AZ/ Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ölkənin səlahiyyət müddəti başa çatmaq üzrə olan hazırkı prezidenti Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etraz edənlərə qoşulacaq.
Region
17 Mart , 2018 10:05
Seyran Ohanyan da Serj Sarqsyanın baş nazir olmasının əleyhinədir

Bakı. 17 mart. REPORT.AZ/ Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ölkənin səlahiyyət müddəti başa çatmaq üzrə olan hazırkı prezidenti Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etraz edənlərə qoşulacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, parlamentdəki “Çıxış” müxalifət fraksiyası ilə yanaşı parlamentdənkənar müxalifət sayılan Erməni Dövləti Uğrunda Cəbhə də S.Sarqsyanın hökumət başçısı olmasının əleyhinədir. 

Təşkilatın təmsilçiləri başqa siyasi qüvvələr, o cümlədən İrs Partiyasının sədri Armen Martirosyan və Demokratik Vətən Partiyasının lideri Petros Makeyan, Erməni Milli Konqresi sədrinin müavini Levon Zurabyan bir araya gələrək məsələni müzakirə ediblər. Onlar yaxın günlərdə keçmiş müdafiə naziri S.Ohanyanla da görüşərək danışıqlar aparacaqlar. 

“Çıxış” bloku S.Sarqsyanın namizədliyinin baş nazir postuna irəli sürülməsinə etraz olaraq aprelin 3-də Yerevanda mitinq-yürüş keçirəcək. Bununla bağlı artıq şəhər merinə müraciət olunub.

Qeyd edək ki, aprelin 19-da Ermənistan Respublikaçılar Partiyası baş nazir postuna namizəd irəli sürəcək. Hakim partiyanın bu posta namizədinin indiki prezident Serj Sarqsyan olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi