​Səudiyyə şahzadəsi Tbilisidə zərəçəkənlərə 300 min dollar yardım edəcək

​Səudiyyə şahzadəsi Tbilisidə zərəçəkənlərə 300 min dollar yardım edəcək Əl-Valid ibn-Talal əl-Səud bu il iyunun 10-da Gürcüstanda rəsmi səfərdə olub
Region
3 İyul , 2015 15:24
​Səudiyyə şahzadəsi Tbilisidə zərəçəkənlərə 300 min dollar yardım edəcək

Bakı. 3 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanının şahzadəsi əl-Valid ibn-Talal əl-Səud iyunun 14-də Tbilisidə baş verən təbii fəlakətdən zərərçəkənlərə 300 min dollar məbləğındə yardım edib. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Səudiyyə şahzadəsinin Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə ünvanladığı məktub ölkənin Ər-Riyaddakı səfirliyinə təqdim edilib.

Məlumatda bildirilir ki, təbii fəlakətdən sonra Gürcüstanın Səudiyyə Ərəbistanındakı səfiri Georgi Cancqava şahzadə əl-Validlə xüsusi görüş keçirərək Tbilisidə baş verənlərlə bağlı onu məlumatlandırmışdı.

Xatırladaq ki, şahzadə bu il iyunun 10-da Gürcüstanda rəsmi səfərdə olub.

Qeyd edək ki, əl-Valid ibn -Talal əl-Səud 32 milyard dollarlıq var-dövlətinin hamısını xeyriyyə işlərinə sərf etmək haqda qərar qəbul edib. Bununla bağlı, şahzadə keçirdiyi mətbuat konfransında vəsaiti xeyriyyə təşkilatlarının hesabına hissə-hissə köçürəcəyini bildirib. O, ilk növbədə qadın haqlarının müdafiəsi, eləcə də müalicəsi olmayan xəstəliklərin öyrənilməsi, sağlam həyat tərzinin təbliğatı ilə məşğul olan xeyriyyə təşkilatlarına və təbii fəalkət qurbanlarına yardım etməyi planlaşdırıb.

60 yaşlı şahzadə əl-Valid Səudiyyə Krallığı ailəsinə daxildir. "Forbes" jurnalının qənaətinə əsasən, o, dünya varlıları siyahısında 22-ci yerdədir. 

Son xəbərlər

Orphus sistemi