​Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumda şübhəli bilinən 22 nəfər barəsində iş qaldırılıb

​Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumda şübhəli bilinən 22 nəfər barəsində iş qaldırılıb Tehran şəhər prokuroru: "Bu cinayət işi tamamlanmaq üzrədir və tezliklə məhkəməyə göndəriləcək"
Region
9 Mart , 2016 12:56
​Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumda şübhəli bilinən 22 nəfər barəsində iş qaldırılıb

Bakı. 9 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumda şübhəli bilinən 22 nəfər barəsində cinayət işi açılıb.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu Tehran şəhər prokuroru Abbas Cəfəri-Dövlətabadi bildirib. Onun sözlərinə görə, bu cinayət işi tamamlanmaq üzrədir və tezliklə məhkəməyə göndəriləcək.

Qeyd edək ki, yanvarın 2-də Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edilib və yandırılıb. Hücum edənlər Səudiyyə Ərəbistanında Nimr əl-Nimrin edam edilməsinə etiraz olaraq, bu addımı atdıqlarını bildiriblər. Bundan başqa, krallığın Məşhəddəki konsuluğunun binasına da basqın edilmiş, yanğın törədilmişdi.

Xatırladaq ki, yanvarın 2-də edam olunan Nimr əl-Nimr kütləvi etiraz aksiyaları keçirmək və iğtişaşları törətmək ittihamı ilə 2012-ci il iyulun 8-dən Krallıqda həbsdə saxlanılıb. Məhkəmənin edam qərarı isə 2014-cü ilin oktyabrında çıxarılıb Yanvarın 2-də Səudiyyə Ərəbistanında onunla yanaşı, daha 46 nəfər terrorizmdə və ya terrora yardım göstərməkdə ittiham edilərək edam olunub. 

Son xəbərlər

Orphus sistemi