​Səudiyyə Ərəbistanının qırıcıları Türkiyədəki hərbi bazadadır

​Səudiyyə Ərəbistanının qırıcıları Türkiyədəki hərbi bazadadır Onlar terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyatlarda iştirak edəcəklər
Region
26 Fevral , 2016 15:01
​Səudiyyə Ərəbistanının qırıcıları Türkiyədəki hərbi bazadadır

Bakı. 26 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinə məxsus "F-15E" qırıcıları Türkiyənin "İncirlik" hərbi bazasındadır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Adminstrasiyasının sözçüsü İbrahim Kalın fevralın 26-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin qırıcılar terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyatlarda iştirak edəcəklər. 

Son xəbərlər

Orphus sistemi