Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Türkiyəyə qayıtmayıb

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Türkiyəyə qayıtmayıb Bakı. 18 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi Türkiyəyə qayıtmayıb.
Region
18 Oktyabr , 2018 20:21
Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Türkiyəyə qayıtmayıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi Türkiyəyə qayıtmayıb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, o, oktyabrın 16-da İstanbuldan Ər-Riyada təyyarə ilə yola düşüb

Diplomatın da məhz oktyabrın 18-i tarixinə geriyə bileti olub. Lakin Məhəmməd İbrahim əl-Üteybi bu gün saat 15:00-da havaya qalxan təyyarəyə minməyib.

Qeyd edək ki, 2017-ci ildən ABŞ-da yaşayan və "The Washington Post" qəzetinin köşə yazarı olan səudiyyəli jurnalist Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.

Son xəbərlər

Orphus sistemi