Yuxarı
    Bağlamaq

    Səudiyyə Ərəbistanında İrana casusluqda təqsirləndirilən 15 nəfər barəsində ölüm hökmü çıxarılıb

    Bu cinayət işi ilə bağlı paytaxt Ər-Riyad şəhərində 160 məhkəmə iclası keçirilib

    Bakı. 6 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında İrana casusluqda təqsirləndirilən 15 nəfər barəsində edam hökmü çıxarılıb.

    “Report” BBC-yə istinadən xəbər verir ki, onlar İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiklərini etiraf ediblər.

    Məlumata görə, 32 nəfər barəsində cinayət işi açılıb, onlardan biri İran, biri isə Əfqanıstan vətəndaşıdır. Nəticədə 17 şübhəli sərbəst buraxılıb, 15 nəfər edam cəzasına məhkum edilib. 

    Ümumiyyətlə, bu cinayət işi ilə bağlı paytaxt Ər-Riyad şəhərində 160 məhkəmə iclası keçirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi