Səudiyyə Ərəbistanında İrana casusluqda təqsirləndirilən 15 nəfər barəsində ölüm hökmü çıxarılıb

Səudiyyə Ərəbistanında İrana casusluqda təqsirləndirilən 15 nəfər barəsində ölüm hökmü çıxarılıb Bu cinayət işi ilə bağlı paytaxt Ər-Riyad şəhərində 160 məhkəmə iclası keçirilib
Region
6 Dekabr , 2016 14:18
Səudiyyə Ərəbistanında İrana casusluqda təqsirləndirilən 15 nəfər barəsində ölüm hökmü çıxarılıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında İrana casusluqda təqsirləndirilən 15 nəfər barəsində edam hökmü çıxarılıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, onlar İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiklərini etiraf ediblər.

Məlumata görə, 32 nəfər barəsində cinayət işi açılıb, onlardan biri İran, biri isə Əfqanıstan vətəndaşıdır. Nəticədə 17 şübhəli sərbəst buraxılıb, 15 nəfər edam cəzasına məhkum edilib. 

Ümumiyyətlə, bu cinayət işi ilə bağlı paytaxt Ər-Riyad şəhərində 160 məhkəmə iclası keçirilib. 

Son xəbərlər

Orphus sistemi