Yuxarı

Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri Türkiyənin "İncirlik" bazasına enib

Bu təyyarələr İŞİD-ə qarşı hərbi-hava əməliyyatında iştirak edəcək

Bakı. 14 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri ötən axşam Türkiyədəki “İncirlik” aviabazasına enib.

"Report"un "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Koalisiyanın rəsmisi general Əhməd əl-Asiri bildirib ki, Səudiyyə Ərəbistanının qırıcı təyyarələri artıq Adana vilayətində yerləşdirilib.

Onun sözlərinə görə, bu təyyarələr İŞİD-ə qarşı hərbi-hava əməliyyatında iştirak edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi